Valyuta hərracı nəticəsində Azərbaycanda dolların məzənnəsi əvvəlki səviyyədə qaldı

13:25 - 13.12.2018


13 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti valyuta hərracı keçirib.

“Dekabr 13-də Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir.  Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən  məlumatda belə deyilir.

Dekabrın 11-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin  1,7000 AZN/1 USD təşkil etmişdir.