"SoftBank" "OpenAI" səhmlərini girov qoyaraq 10 milyard dollar kredit götürüb

08:31 - 10.08.2026


10 avqust, Fineko/abc.az. Yaponiyanın "SoftBank" investisiya korporasiyası "OpenAI" şirkətindəki əlavə səhmləri almaq üçün öz mövcud payını girov qoyaraq 10 milyard dollar məbləğində kredit cəlb edib.

"Goldman Sachs" və "JPMorgan" konsorsiumunun təşkilatçılığı ilə ayrılan kredit illik 7,88% dərəcəsi ilə rəsmiləşdirilib. Səhm girovunun dəyəri təminat kimi götürülən kreditin məbləğindən üç dəfə çoxdur.

Qeyd edək ki, "SoftBank" cəlb etdiyi bu vəsaiti "OpenAI" şirkətindəki payını daha da artırmaq üçün yeni səhmlərin alqısına yönəldəcək.