DSMF-nin sosial sığorta daxilolmaları proqnozu 6,3% üstələyib

10:44 - 11.08.2026


11 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 6,3% çox olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) verilən məlumata görə, büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 93,9 milyon manat və ya 7,4% artıb.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalarda isə illik müqayisədə 242,9 milyon manat və ya 9,9%-lik artım qeydə alınıb.