14:55 - 5.08.2026
5 avqust, Fineko/abc.az. Sentyabrın 16-da "Gülüstan" sarayında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Türk Dövlətləri Təşkilatının (TDT) birgə təşkilatçılığı ilə "Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" baş tutacaq.
Tədbir qlobal iqtisadi transformasiyalar fonunda Türk dövlətləri arasında iqtisadi inteqrasiyanı dərinləşdirmək, ortaq tədqiqat platformaları yaratmaq və institusional əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Yüksəksəviyyəli konfransda TDT-yə üzv və müşahidəçi ölkələrin dövlət qurumlarının, beyin mərkəzlərinin, akademik dairələrin və beynəlxalq maliyyə institutlarının nümayəndələri bir araya gələcəklər.
Proqram çərçivəsində Orta Dəhliz, ticarət-iqtisadi əlaqələrin inkişaf potensialı, eləcə də rəqəmsallaşma, innovasiya və süni intellekt mövzularını əhatə edən 3 əsas panel sessiyası təşkil olunacaq. Konfransın nəticələrinin "Türk Dünyası Vizyonu–2040" strateji hədəflərinin reallaşdırılmasına mühüm töhfə verəcəyi gözlənilir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026