11:56 - 3.08.2026
3 avqust, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International" ASC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac 6 avqust 2026-cı il tarixində keçiriləcək.
Faizli, təmin edilməmiş və sənədsiz formadakı bu qiymətli kağızların kütləvi hərracı rəqabətli üsulla aparılacaq. Emissiya çərçivəsində hər birinin nominal qiyməti 100 manat olan 10 000 ədəd istiqraz tədavülə buraxılır.
İstiqrazların əsas şərtləri:
İllik gəlirlilik: 15%
Ödəniş periodu: Hər 30 gündən bir
Tədavül müddəti: 24 ay (2 il)
Anderrayter: "PAŞA Kapital İ.Ş." QSC
İSİN kodu: AZ2052021022
İstiqrazların emissiya prospekti ilə BFB-nin rəsmi internet səhifəsindəki "Emitentin profili" bölməsindən tanış olmaq mümkündür.
8 Avqust 2026
8 Avqust 2026