17:35 - 26.06.2026
26 iyun, Fineko/abc.az. Amerika Birləşmiş Ştatları xarici ölkə vətəndaşlarına siyasi sığınacaq (qaçqın statusu) verilməsi prosedurunu tamamilə dayandırmaq barədə qərar qəbul edib.
ABC.AZ xəbər verir ki, bu barədə Ağ Evin rəhbərinin aparat rəhbərinin müavini Stiven Miller (Stephen Miller) jurnalistlərə bəyanatla çıxış edib. "Beləliklə, Amerikanın qapıları sığınacaq almaq istəyən şəxslər üçün tamamilə bağlıdır", - deyə o bildirib.
S.Millerin sözlərinə görə, rəsmi Vaşinqton artıq yeni mexanizm üzərində razılıq əldə edib: "Biz belə bir razılaşma hazırlamışıq ki, əgər siz sığınacaq üçün müraciət etsəniz, biz dünyada sizi qəbul edəcək başqa bir ölkə tapacağıq. Bu, çox sadə, çox zərif və tam bir həll yoludur".