10:42 - 24.06.2026
24 iyun, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sosial şəbəkələrdə Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin turizm şirkətləri tərəfindən toplu şəkildə alınıb yenidən baha satılması barədə yayılan iddialara aydınlıq gətirib.
ABC.AZ xəbər verir ki, ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bilet satış sisteminin sui-istifadə hallarına imkan vermədiyini bildirib.
Onun sözlərinə görə, hər bir bilet satış anında konkret sərnişinin adına (şəxsiyyət vəsiqəsi məlumatları ilə) rəsmiləşdirilir və sistem ad dəyişikliyinə icazə vermir. Bilet yalnız geri qaytarıla bilər ki, bu zaman da o, yenidən ümumi açıq satışa buraxılır.
Departament rəisi qatarların boş getməsi iddialarını rədd edərək sərnişinlərin regional stansiyalardan da (Biləcəri, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik) qatara mindiyini statistik rəqəmlərlə diqqətə çatdırıb: Biletlərin satışa çıxarıldığı 21 may 2026-cı il tarixindən indiyədək ümumilikdə 20 minə yaxın bilet satılıb ki, bunun da 5 mini vağzal kassalarının payına düşüb. Həmçinin 25 may – 22 iyun tarixlərində Bakıdan Tbilisiyə 6136, Gəncədən 1345, Yevlaxdan 909 nəfər yola düşüb. Əks istiqamətdə isə Tbilisiyə minənlərdən əlavə, Yevlaxa 1522, Gəncəyə 1048 nəfər səyahət edib.
24 İyun 2026
24 İyun 2026
24 İyun 2026
22 İyun 2026
22 İyun 2026