17:19 - 13.08.2026
13 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar–iyul aylarında Naxçıvan Muxtar Respublikasında əsas kapitala 156,7 milyon manat vəsait yönəldilib. Naxçıvan MR Nazirlər Kabinetindən verilən məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 30,9% çoxdur.
İnvestisiyaların strukturu:
Məhsul istehsalı sahələri: 48,9%
Yaşayış evlərinin tikintisi: 38,3%
Xidmət sahələri: 12,8%
Əsas kapitala vəsait qoyuluşunun 127,5 milyon manatı (81,4%-i) tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da illik müqayisədə 43%-lik artım deməkdir.
Müqayisə üçün qeyd edək ki, ilk 7 ayda Azərbaycan üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi real ifadədə 10,7% artaraq 11 milyard 111,9 milyon manat olub. Bu dövrdə neft-qaz sektoruna investisiyalar 33,6% artımla 3 milyard 708,6 milyon manata, qeyri-neft-qaz sektoruna yatırımlar isə 1,9% artımla 7 milyard 403,3 milyon manata çatıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026