Çin ABŞ-ın 56 şirkətinə qarşı ticarət məhdudiyyətləri tətbiq edib

14:28 - 23.06.2026


23 iyun, Fineko/abc.az. Çin Xalq Respublikası rəsmi Vaşinqtonun sanksiya addımlarına cavab olaraq Amerika Birləşmiş Ştatlarının 56 şirkətinə qarşı birtərəfli ticarət məhdudiyyətləri tətbiq edib.

ABC.AZ xəbər verir ki, Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi bu addımın ABŞ hökumətinin daha çox Çin müəssisəsini "Çinin hərbi şirkətləri" adlı qara siyahıya daxil etməsindən sonra qəbul olunduğunu bildirib. Pekin Vaşinqtonun bu addımını "bədxah fəaliyyət" kimi qiymətləndirib.

Bundan əlavə, Çin Maliyyə Nazirliyi dövlət satınalmalarında (tenderlərdə) iştirak edən yerli təşkilat və müəssisələrə ABŞ-ın 46 şirkətinin məhsullarını idxal etməyi və satın almağı rəsmən qadağan edib.