İndiyə qədər Azərbaycanda 113 935 ədəd yeni nəsil NKA quraşdırılıb

11:01 - 23.06.2026


23 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 237,1 milyon manat olub.

ABC.AZ xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 % çoxdur.

İndiyə qədər bölgədə 3 347 ədəd yeni nəsil NKA quraşdırılıb.

Xatırladaq ki, 5 ayda Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 53,4 milyon manat olub.

Bu, 1 il əvvələ nisbətən 14,1 % çoxdur.

İndiyə qədər Azərbaycan ərazisində 113 935 ədəd yeni nəsil NKA quraşdırılıb