Növbəti həftədən qadınların pensiya yaşı artırılır

11:09 - 22.06.2026


22 iyun, Fineko/abc.az. Növbəti həftədən Azərbaycanda qadınların pensiyaya çıxma yaş həddi artırılacaq.

ABC.AZ xəbər verir ki, 2026-cı il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 6 ay artırılaraq 65 ilə çatdırılacaq.

Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, qadınların pensiyaya çıxma yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək, kişilərin yaş həddi isə 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılacaq.