09:31 - 18.06.2026
18 iyun, Fineko/abc.az. Etalon markaların qiymətləri ötən sessiyanın yekunlarına görə qeydə alınan artımdan sonra cümə axşamı keçirilən ticarət əməliyyatları zamanı aşağı düşür.
Saat 09:20-yə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" neftinin avqust fyuçersinin qiyməti 1,85 dollar (2,33%) azalaraq bir barel üçün 77,70 dollar təşkil edib. İyunun 17-də keçirilən ticarətin yekunlarına əsasən, müqavilənin qiyməti 0,59 dollar (0,75%) artaraq bir barel üçün 79,55 dollara çatmışdı.
Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" neftinin iyul fyuçersinin qiyməti saat 09:30-dək 2,10 dollar (2,73%) ucuzlaşaraq bir barel üçün 74,69 dollar olub. İyunun 17-də keçirilən ticarətin yekunlarına görə, müqavilənin qiyməti 0,74 dollar (0,97%) artaraq bir barel üçün 76,79 dollar təşkil etmişdi.
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti isə 0,01 dollar (0,01%) azalaraq bir barel üçün 82,60 dollara düşüb.

16 İyun 2026