16:27 - 16.06.2026
16 iyun, Fineko/abc.az. 2026-cı ilin ilk 5 ayı ərzində (yanvar-may) Azərbaycandan 119 milyon 821 min dollar dəyərində 97 927 ton pomidor ixrac edilib.
ABC.AZ-ın Dövlət Gömrük Komitəsinə istinadən xəbərinə görə, 2025-ci ilin ilk 5 ayı ərzində Azərbaycandan 113 milyon 807 min dollar dəyərində 98 695 ton pomidor ixrac edilmişdi.
Beləliklə, Azərbaycandan pomidor ixracı dəyər ifadəsilə 5.3% artıb, miqdar ifadəsilə 0.8% azalıb.
15 İyun 2026