12:17 - 16.06.2026
16 iyun, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 1 milyard 664 milyon ABŞ dolları olub.
ABC.AZ bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 45,6 % çoxdur.
Rüblük profisit xarici ticarət balansındakı 2 milyard 38,9 milyon dollarlıq qalıq (16,6 % az), xidmətlər balansındakı 590,3 milyon dollarlıq kəsir (21,6 % az), ilkin gəlirlər balansındakı 37,6 milyon dollarlıq qalıq (1 il bundan əvvəl kəsir olub) və təkrar gəlirlər balansındakı 177,8 milyon dollarlıq qalıq (66,95 % çox) hesabına formalaşıb.
16 İyun 2026
15 İyun 2026