10:47 - 16.06.2026
16 iyun, Fineko/abc.az. Paytaxtda tibb müəssisələrinə gələnlər üçün əlavə şəraitin yaradılması istiqamətində işlər davam etdirilir.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, daha 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq “5.14” – “minik taksilərinin duracaq yeri” və 3.28″ – “durmaq qadağandır” yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil edilib.
Layihənin davamı olaraq:
– Məzahir Rüstəmov küçəsi, 7 nömrəli şəhər poliklinikasının,
– Lermontov küçəsi, 22 nömrəli şəhər poliklinikasının,
– Abay Kunanbayev və Süleyman Sani Axundov küçələrinin kəsişməsi, 25 nömrəli şəhər poliklinikasının,
– Məmmədəli Şərifli küçəsi, 4 nömrəli Vərəm Əleyhinə Dispanserin,
– Əhməd Cavad küçəsi, Respublika Kliniki Uroloji Xəstəxanasının,
– Əcəmi Naxçıvani küçəsi, “Medera Hospital”ın,
– Natiq Əhmədov küçəsi, “Məlhəm Beynəlxalq Hospitalı”nın yanında müvafiq nişanlar yerləşdirilməklə sərnişinlərin taksi və fərdi nəqliyyat vasitələrinə rahat minib-düşməsi təmin edilib.
© Baku.ws