20:39 - 12.06.2026
12 iyun, Fineko/abc.az. Azərbaycanda dövlət mülkiyyətində olan mülki hava limanlarının (aeroportların) idarəetmə hüququ özəl tərəfdaşlara ötürülə bilər.
ABC.AZ xəbər verir ki, bu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən "Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası"nda öz əksini tapıb.
Sənəddə əksini tapan əsas dəyişikliklər və hüquqi mexanizmlər:
Özəl tərəfdaşlara idarəetmə: Mülki hava limanları Mülki Məcəlləyə və ya dövlət-özəl tərəfdaşlığı (DÖT) layihələri çərçivəsində "Dövlət-özəl tərəfdaşlığı haqqında" Qanuna uyğun olaraq özəl tərəfdaşa (sahibkarlıq subyektinə) idarəetməyə verilə bilər.
Tikinti və yenidənqurma mənbələri: Hava limanlarının tikintisi və yenidən qurulmasının maliyyələşdirilməsi mənbələri də artıq rəsmən müəyyənləşib. Bu işlər dövlət büdcəsinin vəsaiti, hava limanı istismarçısının öz vəsaiti, kredit və qrantlar, fiziki və hüquqi şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilə bilər.
12 İyun 2026
12 İyun 2026
12 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026