20:30 - 11.06.2026
11 iyun, Fineko/abc.az. ABŞ-nin ən böyük investisiya banklarından biri olan "Citigroup", regional geosiyasi risklər və inflyasiya təzyiqləri fonunda Türk lirəsinə (TL) dair strategiyasını dəyişib. Bank dollar/TL məzənnəsindəki qısa (short - dolların ucuzlaşacağı və TL-nin dəyər qazanacağına dair) mövqeyini kərlə bağlamaq qərarı alıb.
ABC.AZ "Bloomberg"ə istinadən xəbər verir ki, Citi Türk lirəsi üçün daha əvvəl müəyyən etdiyi "portfeldə çəkisini artır" (overweight) tövsiyəsini "neytral" səviyyəsinə endirib.
Əməliyyatın maliyyə nəticələri və risk faktorları:
Qazanılan mənfəət: Bu ticarət əməliyyatı ümumilikdə %1,65 gəlir təmin edib. Citi 20 milyon dollarlıq nominal mövqe üzərində 330 min 371 dollar xalis mənfəət əldə edib. Sözügedən əməliyyat bankın CEEMEA (Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika) inkişaf etməkdə olan bazarlar portfelinin %0,33-ünü təşkil edirdi.
İran böhranı və neft şoku: Bankın analitikləri qeyd edir ki, İran konflikti səbəbindən regionda inflyasiya görünüşü pisləşib. Türkiyə yüksələn neft qiymətlərinə qarşı ən həssas və asılı inkişaf etməkdə olan bazarlardan biridir. Lirənin dəyər itirmə sürəti artdıqca maliyyə bazarlarında "carry trade" (aşağı faizli valyuta ilə borclanıb yüksək faizli valyutaya investisiya etmək) cəlbediciliyini itirməyə başlayıb.
Luis Kostanın (Citi analitiki) şərhi: "Real effektiv məzənnənin dövri pik nöqtələrdə olması və cari kəsiri basqılaması fonunda, Türkiyə Mərkəzi Bankının inflyasiyaya nəzarət etməsinin çətin bir yoldan keçəcəyini görürük. Hazırda dollarizasiyadan (əhalinin xarici valyutaya qaçmasından) uzaqlaşma meylinə dair çox az sübut var. Üstəlik, ilin irəliləyən dövrlərində erkən seçkilərin reallaşacağı təqdirdə dinamika olduqca sürətlə dəyişə bilər."
10 İyun 2026
10 İyun 2026