21:00 - 10.06.2026
10 iyun, Fineko/abc.az. Rusiya Dövlət Duması miqrasiya sahəsində dövlət rüsumlarının kəskin şəkildə artırılmasını nəzərdə tutan qanun layihəsini yekun oxunuşda qəbul edib.
ABC.AZ Rusiya mediasına istinadən xəbər verir ki, yeni dəyişikliklərə əsasən, xarici ölkə vətəndaşlarının Rusiyada leqallaşması və işləməsi xeyli baha başa gələcək.
Yeni tariflər və dollarla ekvivalentləri:
Rusiya vətəndaşlığı: Vətəndaşlığın alınması üçün rüsum 12 dəfə artırılaraq 4 200 rubldan 50 000 rubla (~695 dollar) qaldırılıb.
Müvəqqəti yaşayış icazəsi (РВП): Rüsum 1 920 rubldan 15 000 rubla (~210 dollar) yüksəlib.
Daimi yaşayış icazəsi (ВНЖ): Sənədin rəsmiləşdirilməsi 6 000 rubl əvəzinə 30 000 rubl (~415 dollar) olacaq.
İş icazəsi: Əcnəbi işçilərin cəlb edilməsi üçün icazə rüsumu hər nəfər üçün 15 000 rubla (~210 dollar) qaldırılıb. Rusiyaya giriş dəvətnaməsi isə 8 000 rubl (~110 dollar) təşkil edəcək.
12 İyun 2026
12 İyun 2026
11 İyun 2026
11 İyun 2026
11 İyun 2026