15:29 - 10.06.2026
10 iyun, Fineko/abc.az. Sərt nəzarətçi modeli artıq öz aktuallığını itirir və tənzimləyici qurumlar daha çevik yanaşmalara keçməlidir.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Monitorinqi Siyasəti və Tənzimləmə Departamentinin direktoru Zaur Hacılı Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.
Onun sözlərinə görə, nəzarət və tənzimləyici orqanların ənənəvi sərt nəzarətçi modeli artıq keçmişdə qalır və əvvəlki yanaşma ilə fəaliyyət göstərmək mümkün deyil:
"Xüsusilə sürətlə inkişaf edən fintex texnologiyaları, virtual aktivlər və süni intellekt bu sahədə yeni yanaşmaların tətbiqini zəruri edir".
Z.Hacılı bildirib ki, makroregional nəzarət prizmasından baxdıqda, xüsusən Mərkəzi Asiya ölkələri və Xəzər hövzəsi dövlətlərində komplayens yanaşmaları arasında müəyyən fərqlər mövcuddur.
Onun sözlərinə görə, həm normativ bazada, həm də bu qaydaların tətbiqi praktikasında müşahidə olunan uyğunsuzluqlar tənzimləyici arbitrajın və ya "boz zona"ların yaranmasına səbəb olur.
11 İyun 2026
11 İyun 2026
11 İyun 2026