17:30 - 9.06.2026
9 iyun, Fineko/abc.az. Nağdsız ödənişlərin təşviqi və biznesin xərclərinin azaldılması məqsədilə MCC (Merchant Category Code -Satıcı Kateqoriya Kodu) tariflərində balanslaşdırılmış yanaşma tətbiq olunub.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş proqram təminatı mühəndisi Tofiq Acırqayev Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.
Onun sözlərinə görə, yeni tariflərə əsasən ərzaq mağazaları və apteklərdə aparılan əməliyyatlar üçün 1,25 %, yanacaqdoldurma məntəqələri üzrə 0,75 %, digər ümumi MCC kateqoriyaları üzrə isə maksimum 1,5 % tarif müəyyən edilib.
T. Acırqayev bildirib ki, dəyişikliklərin əsas məqsədi acquirer bankların (ödənişləri qəbul etmək üçün ticarət və xidmət obyektlərinə (satıcılara) xidmət göstərən maliyyə qurumu) xərclərini azaltmaq, bununla da təsərrüfat subyektləri üçün xidmət haqlarının aşağı düşməsinə şərait yaratmaq və nağdsız ödənişlərin daha geniş yayılmasını təşviq etməkdir.
"Tariflər müəyyən edilərkən "acquirer" və "issuer" (emitent) bankların, eləcə də təsərrüfat subyektlərinin maraqları arasında balansın qorunmasına xüsusi diqqət yetirilib", - deyə o vurğulayıb.
12 İyun 2026
12 İyun 2026
11 İyun 2026
11 İyun 2026
11 İyun 2026