FED rəsmisindən bank qaydalarının yumşaldılması ilə bağlı XƏBƏRDARLIQ: "İqtisadiyyata ciddi zərər vura bilər"

10:01 - 7.06.2026


7 iyun, Fineko/abc.az. ABŞ Federal Ehtiyat Sisteminin (FED) idarə heyətinin üzvü Maykl Barr  tənzimləyici qurumların ölkə banklarına tətbiq edilən qaydaları yumşaldılması istiqamətindəki addımlarını kəskin tənqid edib.

ABC.AZ xəbər verir ki, M.Barr bu təkliflərin bank tənzimlənməsi və nəzarətini əhəmiyyətli dərəcədə zəiflətdiyini bildirib. O qeyd edib ki, derequlyasiyanın (qaydaların ləğvinin) mənfi fəsadları bu gün görünməsə də, növbəti illərdə böyüyərək iqtisadiyyata ciddi zərər vura bilər.

Xatırladaq ki, rəsmi şəxslər böyük Wall Street banklarının saxlamaq məcburiyyətində olduğu kapital limitlərini yumşaltmaq və nəzarət dairəsini daraltmaq barədə dəyişikliklər təklif ediblər. FED rəsmisi isə xəbərdarlıq edir ki, zəif kapital və likvidlik qaydaları bankların stress riskini artıracaq. Onun sözlərinə görə, banklar çökdükdə bu, biznesləri və ev təsərrüfatlarını təhdid edir, buna görə də tənzimləyici qurumlar zəiflikləri azaltmaq üçün tədbirlər görməlidir.