“Viator Mikro Kredit Azərbaycan” BOKT-un xalis mənfəəti 2 dəfə azalıb

15:55 - 3.06.2026


3 iyun, Fineko/abc.az. Bank olmayan kredit təşkilatı (BOKT) “Viator Mikro Kredit Azərbaycan” MMC 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il kredit təşkilatının xalis mənfəəti 435 min 835 manat və ya 2,2 dəfə azalaraq 354 min 482 manata düşüb.

Hesabat dövründə şirkətin faiz gəlirləri 2 milyon 688 min manat, faiz xərcləri 471,4 min manat olub. 2024-cü illə müqayisədə faiz gəlirləri 816 min 296 manat (43,6%), faiz xərcləri 79 min 185 manat (20,2%) artıb.

Faiz gətirən aktivlər üzrə dəyərsizləşmə zərərləri üçün ehtiyatlarının həcmi 65 min 475 manat, silinmiş kreditlər üzrə bərpa edilmiş məbləğlər 248 min 415 manat təşkil edib.

Nəticədə şirkətin xalis faiz gəliri 216 min 111 manat (8,3%) azalaraq 2 milyon 399 min manata düşüb. Digər gəlirlər 41 min 624 manat (5,8 dəfə) azalaraq 8 min 627 manata düşüb. Ötən il kredit təşkilatının inzibati va digər əməliyyat xərcləri 279 min 734 manat və ya 15,8% artaraq 2 milyon 49 min manata yüksəlib.

Kredit təşkilatının vergidən əvvəlki mənfəəti 358 min 752 manat olmaqla, illik müqayisədə 537 min 456 manat (2,5 dəfə) azalma göstərib. Mənfəət vergisi xərci 101 min 621 manat, yaxud da 24,8 dəfə azalaraq 4 min 270 manata düşüb.