20:01 - 2.06.2026
2 iyun, Fineko/abc.az. Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf SLB şirkətinin icraçı vitse-prezidenti Stiv Qassen ilə görüşüb.
ABC.AZ-a SOCAR-dan verilən məlumata görə, görüşdə Bakı Enerji Həftəsinin beynəlxalq enerji məsələlərinin müzakirəsi, əməkdaşlıqların qurulması və inkişafı, eləcə də müasir texnoloji yeniliklərin təqdimatı və təcrübə mübadilələrinin aparılması baxımından mühüm platformaya çevrildiyi məmnunluqla qeyd olunub.
Söhbət zamanı SOCAR ilə SLB arasında tərəfdaşlığın cari vəziyyəti və gələcək perspektivləri diqqət mərkəzində olub.
Görüşdə müzakirə edilən əsas istiqamətlər:
İki şirkət arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi;
Birgə strateji layihələrin həyata keçirilməsi imkanları;
Neft-qaz sənayesində rəqəmsallaşma prosesləri;
Hasilat əməliyyatlarının optimallaşdırılması və səmərəliliyin artırılması.
Görüş çərçivəsində tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.