17:30 - 1.06.2026
1 iyun, Fineko/abc.az. VTB Bank (Rusiya) payızda 6–14 yaşlı uşaqlar üçün onlayn bank istifadəyə verəcək. Bu platformada onlar xərclərini izləyə, yığım etməyi öyrənə və maliyyə savadlılıqlarını artıra biləcəklər.
ABC.AZ xəbər verir ki, istifadəçilər üçün köçürmələr, QR ilə ödənişlər, mobil rabitə ödənişləri və öyrədici çat-bot imkanı təqdim ediləcək. Həmçinin dələduzluq sxemləri barədə xəbərdarlıqlar, oyunlar və yığım üzrə məsləhətlər təqdim olunacaq. Gələcəkdə isə “kassa” funksiyası və valideyn tapşırıqları əlavə ediləcək.
Valideynlər xərclərə limit qoya, əməliyyatları izləyə və uşağın kartını idarə edə biləcəklər. 14–18 yaşlı yeniyetmələr üçün isə iri əməliyyatların valideyn təsdiqi ilə həyata keçirilməsi funksiyası təqdim olunacaq.