17:08 - 1.06.2026
1 iyun, Fineko/abc.az. Avropa İttifaqı üçün iqtisadiyyatın dekarbonizasiyası zaman alacaq.
ABC.AZ xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun (ENER) enerji platforması və beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobillo Borrero 31-ci Bakı Enerji Forumunda bildirib.
O qeyd edib ki, hədəflərimiz 2050-ci ilə qədərdir. Bu müddət ərzində isə Avropa İttifaqı həm qaz, həm də neft idxal etməyə davam edir.
K.L. Borrero həmçinin, keçid dövründə Azərbaycanın strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb:
"Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükündə bizim üçün strateji tərəfdaş olub. Son dörd ildə Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına qaz tədarükünü 40 % artırmışıq. Və bu, bizim ərazimizdəki bütün Rusiya qazını əvəz etdiyimiz dönəmdə, bu şaxələndirmə kontekstində bizim üçün həqiqətən çox vacibdir".
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026