16:54 - 1.06.2026
1 iyun, Fineko/abc.az. Avropa Komissiyası avrozona ölkələrinə kriptovalyuta əməliyyatları, rəqəmsal xidmətlər və onlayn qumar haqları da daxil olmaqla vahid vergilər tətbiq etməyi təklif edir.
ABC.AZ xəbər verir ki, bu tədbirlər nəticəsində Aİ büdcəsinə ildə təxminən 11 milyard avro əlavə gəlir daxil ola bilər.
Kriptovalyutalar üzrə iki vergi variantı nəzərdən keçirilir: kriptotransaksiyaların həcminin 0,1%-i həcmində vergi (ildə 3–4 milyard avro gəlir gətirə bilər) və ya kriptoaktivlərin satışından əldə olunan mənfəətə tətbiq edilən kapital artımı vergisi (1–2,4 milyard avro gəlir).
Hazırda Aİ ölkələrində kriptovalyuta vergitutması fərqlidir: İtaliya, Fransa və Almaniyada əsasən kapital artımı vergisi tətbiq olunur, Danimarkada isə 2026-cı ildən etibarən reallaşmamış mənfəətə də vergi tətbiq ediləcək.
Həmçinin rəqəmsal xidmətlər üçün vahid 3% vergi də müzakirə olunur ki, bu da ildə təxminən 5 milyard avro gəlir gətirə bilər. Son qərarlar fəaliyyət növü və gəlir həddindən asılı olacaq.
Təşəbbüs Aİ-nin 2028–2034-cü illəri əhatə edən uzunmüddətli büdcəsi çərçivəsində nəzərdən keçirilir və üzv ölkələrin yekdil razılığını tələb edir. Eyni zamanda Avropa Mərkəzi Bankı (AMB) avro ilə bağlı steyblkoinlərin riskləri barədə xəbərdarlıq edib.
11 İyun 2026
11 İyun 2026
11 İyun 2026