15:29 - 30.04.2026
30 aprel, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 % azalaraq 838,2 min olub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gecələmələrin 57,8%-i Bakıda, 9,6%-i Qusarda, 5,6%-i Naftalanda, 3,5%-i Qubada, 3,5%-i Qəbələdə, 2,8 %-i Lənkəranda, 1,8%-i Gəncədə, 1,5%-i Şamaxıda, 1,2%-i Xaçmazda, 1,2%-i Şabranda, 1 %-i Ağdamda, 0,9 %-i Naxçıvan Muxtar Respublikasında, 0,8%-i Şuşada və 8,8%-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.