12:19 - 17.04.2026
17 aprel, Fineko/abc.az. "Azərbaycan Dəmir Yolları" (ADY) QSC koronavirus (COVID-19) pandemiyasından sonra mütəmadi şəkildə stansiyaların fəaliyyətini bərpa edir, xidmət coğrafiyasını genişləndirir.
ABC.AZ xəbər verir ki, bunu ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, məqsəd həm müştəri məmnuniyyətinin artırılması, həm də ölkə ərazisində sərnişinlərin səyahətinin tam dolğun təmin olunmasıdır: "Əvvəllər qatar Bakıdan Kürdəmirə 3 saat 11 dəqiqəyə hərəkət edirdi. İndi isə müddət 2 saat 11 dəqiqədir".
A.Fərəcov qeyd edib ki, sərnişinlər gündəlik olaraq Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı qatarları ilə Kürdəmir stansiyasına səyahət edə bilərlər: "Əlavə olaraq həftə sonları fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı və Bakı-Qazax-Bakı qatarları ilə də sərnişinlər Kürdəmir stansiyasına, Bakıya, həmçinin qərb və şimal-qərb bölgələrinə gedə bilərlər". ©Report
8 Avqust 2026
8 Avqust 2026