17:26 - 10.04.2026
10 aprel, Fineko/abc.az. 2026-cı il aprelin 1-nə olan məlumata görə, İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə banklar tərəfindən sahibkarlara ümumilikdə 707,3 milyon manat, 2026-cı ilin yanvar-mart aylarında isə 23,2 milyon manat məbləğində kredit verilib.
Bu barədə ABC.AZ İKZF-yə istinadla xəbər verir
Qeyd olunur ki, indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi 6,8 faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.