12:02 - 19.11.2018
19 noyabr, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.
AMB-dan verilən məlumata əsasən, 19 noyabr tarixində hərracda Bank 350 milyon manat cəlb edib.
“Depozit hərracında təklif 1 308,4 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 7,76% təşkil etmişdir”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.