Qızılın qiyməti son bir ayda ilk dəfə olaraq unsiya başına 4900 dollardan aşağı düşüb

17:24 - 18.03.2026


18 mart, Fineko/abc.az. Qızılın birja qiyməti 2% azalır və son bir ay ərzində ilk dəfə olaraq bir troya unsiyası üçün 4900 dollar həddindən aşağı düşüb.

ABC.AZ xəbər verir ki, bu, ticarət əməliyyatlarının məlumatlarından məlum olub.

Bakı vaxtı ilə saat 16:26-ya olan məlumata görə, Nyu-Yorkun "Comex" birjasında qızılın aprel fyuçersinin qiyməti əvvəlki bağlanışla müqayisədə 108,76 dollar və ya 1,98% azalaraq bir troya unsiyası üçün 4899,44 dollara düşüb. Göstərici fevralın 18-dən bəri ilk dəfədir ki, 4900 dollar səviyyəsindən aşağı qərarlaşıb.