Azərbaycanda kriptovalyuta bazarının tənzimlənməsi üçün layihə nə vaxt hazır olacaq? – AMB-dən CAVAB - Özəl xəbər

15:40 - 18.03.2026


18 mart, Fineko/abc.az. -(özəl xəbər)- Azərbaycanda kriptovalyuta bazarının tənzimlənməsi üçün layihə hazrlanır.

Bunu ABC.AZ-ın sorğusuna cavabında Azərbaycan Mərkəzi Bankından (AMB) bildiriblər.

Tənzimləyici qurumdan sözügedən layihənin tam olaraq hansı tarixdə təqdim edəcəkləri ilə bağlı suala belə cavab verilib:

"Hazırda Azərbaycanda virtual aktivlərin və onların xidmət təminatçılarının fəaliyyətinin tənzimlənməsi istiqamətində kompleks işlər aparılır. "2024- 2026-cı illər üzrə maliyyə sektorunun inkişaf Strategiyası" cərçivəsində beynəlxalq təcrübə, maliyyə sabitiyi və risklərin idarə olunması prinsipləri əsas götürülərək müvafiq qanun layihəsinin likin versiyası artıq hazırlanıb. Yerli bazarın xüsusi ehtiyaclarının qįymətləndirilməsi əsasında formalaşdırılan bu layihə hazırda aidiyyəti qurumlarla müzakirə və dərin təhlil mərhələsindədir. 2026-cı il ərzində qanun layihəsinin dövlət qurumları ilə razılaşdirılıması prosesinin tamamlanması və yekun sənədin müzakirəsi üçün Milli Məclisə təqdim edilməsi planlaşdırılır".

Müəllif: Elmir Muradov