Yaxın vaxtlarda Bakıda daha bir "Mall" istifadəyə veriləcək - Fotolar

10:12 - 17.03.2026


17 mart, Fineko/abc.az. Bakıda daha bir ərazidə "Mall" istifadəyə veriləcək.

ABC.AZ-ın məlumatına görə, yeni ticarət mərkəzində son tamamlanma işləri həyata keçirilir.

Nizami rayonu ərazisində tikilən "Mall"ın adı isə "Podium Mall"dır.

"Mall"da bir sıra brend ticarət şəbəkələrinin dükanları və restoranları fəaliyyət göstərəcək.

Hazırda "Mall"ın birinci mərtəbəsində böyük marketlər şəbəkəsinin mağazasının fəaliyyətə başlamasına hazırlıq işləri aparılır.

Ticarət  mərkəzində böyük avtopark da fəaliyyət göstərəcək. "Mall" 8-ci kilometr bazarının (vasmoy), daha dəqiq desək "Məlhəm" klinikasının yanında yerləşir.

Yeni "Mall"un fotolarını sizə təqdim edirik.

Müəllif: Elmir Muradov