10:58 - 25.02.2026
25 fevral, Fineko/abc.az. Son 5 ildə Azərbaycanda internetin median yükləmə sürəti təxminən 9 dəfə artıb.
ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov bildirib.
"Əgər 2020-ci ilin yekununda median yükləmə sürəti təxminən 10 meqabit saniyə olubsa, 2025-ci ilin yekununda bu göstərici 90 meqabit saniyəyə yaxınlaşıb", - deyə o qeyd edib.
Nazirlik rəsmisinin sözlərinə görə, hazırda ölkədə fiberoptik internet xidməti hesabına genişzolaqlı qoşulmaların 90 %-dən çoxu təmin olunub, təxminən 3 milyon ev təsərrüfatı yüksək sürətli internetə çıxış əldə edib, əksər internet provayderləri 100 meqabit saniyəyə qədər yükləməni təmin edə bilirlər:
"Hədəfimiz bütün ölkədə yüksək sürətli, genişzolaqlı internetə çıxış təmin etmək və o cümlədən regionlarda orta hesabla 50 meqabit saniyə sürəti təmin etməkdir". ©Report
8 Avqust 2026
8 Avqust 2026