Neft bahalaşır: Brent bir barel üçün $71,91 təşkil edir

09:24 - 24.02.2026


24 fevral, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərraclarda etalon markaların qiyməti artır.

Saat 09:20-yə olan vəziyyətə görə, ICE Futures birjasında Brent neftinin aprel fyuçersinin qiyməti $0,42 (0,59%) artaraq bir barel üçün $71,91 təşkil edib. 23 fevral tarixli hərracların nəticələrinə görə, Brent-in aprel fyuçersi $0,27 (0,38%) ucuzlaşaraq bir barel üçün $71,49-a düşmüşdü.

NYMEX birjasında WTI neftinin aprel fyuçersinin qiyməti saat 09:20-yə qədər $0,38 (0,57%) artaraq bir barel üçün $66,69 olub. 23 fevral hərraclarının yekununda WTI-nin aprel fyuçersi $0,17 (0,26%) ucuzlaşaraq bir barel üçün $66,31 təşkil etmişdi.