“Lukoil” xarici aktivlərinin satışı ilə bağlı Carlyle ilə razılaşıb

14:08 - 29.01.2026


29 yanvar, Fineko/abc.az. “Lukoil” qrupun xarici aktivlərinə sahib olan LUKOIL International GmbH-nin satışı barədə ABŞ-ın investisiya şirkəti Carlyle ilə saziş imzalayıb.

ABC.AZ xəbər verir ki, sövdələşmə Qazaxıstandakı aktivləri əhatə etmir və OFAC daxil olmaqla bir sıra tənzimləyici qurumların razılığını tələb edir. Razılaşma eksklüziv xarakter daşımır. Belə ki, şirkət digər potensial alıcılarla danışıqları davam etdirir.