Rey Dalio mərkəzi bankların “pul çapı” riskləri barədə xəbərdarlıq edib

11:33 - 29.01.2026


29 yanvar, Fineko/abc.az. Milyarder və Bridgewater Associates-in təsisçisi Rey Dalio izah edib ki, hökumətlər niyə “sabit” valyutalardan fiat pullara keçirlər və bunun iqtisadi nəticələri nə ola bilər.

ABC.AZ xəbər verir ki, Dalio-nun sözlərinə görə, kredit dövrlərini süni şəkildə uzatmaq cəhdləri pulun devalvasiyasına səbəb olur.

O qeyd edir ki, mərkəzi banklar pulları məhdudiyyətsiz çap edir, bu da qızıl çatışmazlığı riskini aradan qaldırır, lakin pul və borcların həddindən artıq artması təhlükəsini yaradır. Pul kütləsi malların və xidmətlərin miqdarını aşdıqda defolt və ya devalvasiya riski yaranır.

Dalio hesab edir ki, dünya monetar sistemi hazırda dağılır: investorlar kağız pullardan qızıl və real aktivlərə üz tutur. O, inflyasiyadan qorunmaq üçün portfeldə 5–15% qızıl saxlamağı tövsiyə edir və vəziyyəti 1970-ci illərin stagfilyasiya dövrü ilə müqayisə edir.