14:08 - 22.01.2026
22 yanvar, Fineko/abc.az. Ötən il Gürcüstan Azərbaycandan 236,7 milyon ABŞ dolları dəyərində təbii qaz idxal edib.
ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb. Qeyd edilib ki, bu, 2024-cü ilin göstəricisindən 7 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana təbii qaz ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.
Təkcə dekabrda isə Gürcüstan Azərbaycandan 34,1 milyon ABŞ dolları dəyərində təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricilərdən 6 % azdır.
2025-ci ildə Gürcüstan xarici ölkələrdən 444 milyon ABŞ dolları dəyərində təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricilərdən 2,1 % çoxdur.
Hesabat dövründə Gürcüstana Rusiyadan 206,4 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirlikləridən 275,4 min ABŞ dolları, Çindən 186,2 min ABŞ dolları, İrandan 135,4 min ABŞ dolları dəyərində təbii qaz tədarük edilib.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026