10:26 - 5.01.2026
5 yanvar, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərracda etalon markaların qiyməti aşağı düşür.
Brent markalı neftin mart fyuçersi ICE Futures birjasında saat 10:23-ə olan məlumata görə 0,32 (0,53%) azalaraq bir barelə 60,43-a düşüb. Yanvarın 2-də keçirilən hərracların nəticələrinə görə, Brent-in mart fyuçersləri 0,10 (0,16%) azalaraq bir barel üçün 60,75-a enib.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin fevral fyuçerslərinin dəyəri saat 10:23-ə olan məlumata görə 0,36 (0,63%) azalaraq bir barel üçün 56,96-a düşüb. Yanvarın 2-də keçirilən ticarətin nəticələrinə görə, WTI neftinin fevral fyuçersləri 0,10 (0,17%) ucuzlaşaraq bir barel üçün 57,32-a düşüb.
2025 - ci ilin dekabr ayında Brent markalı neftin qiyməti 2,5%, WTI isə 1,9% azalıb. Brent 2025–ci ildə Brent 18,5%, WTI isə 20% ucuzlaşıb.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026