Azərbaycandan Serbiyaya indiyədək bu qədər təbii qaz ixrac olunub

10:37 - 24.10.2025


24 oktyabr, Fineko/abc.az. Azərbaycandan Serbiyaya indiyədək təxminən 300 milyon kubmetr təbii qaz ixrac olunub.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Belqrad şəhərində keçirilən Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclasında bildirib.

Nazirin sözlərinə görə, Niş şəhərində 500 meqavat gücündə kombinə olunmuş qaz-turbin elektrik stansiyasının inşası üzrə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), EPS və "Srbijagas" şirkətlərinin əməkdaşlığı tərəflərin enerji tərəfdaşlığını yeni mərhələyə daşıyacaq".

S. Babayev nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsinin hər iki ölkə üçün prioritet olduğunu qeyd edərək, Ermənistan–Azərbaycan sülh prosesi çərçivəsində elan edilmiş və bölgə üçün böyük perspektivlər vəd edən nəqliyyat dəhlizləri və "Yaşıl Enerji Dəhlizi" kimi yeni təşəbbüslərin əməkdaşlıq üçün geniş imkanlar açdığını diqqətə çatdırıb.