ARDNF 9 ayda "Şahdəniz" yatağından 410,027 milyon dollar qazanıb

15:24 - 23.10.2025


23 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsindən 410,027 milyon ABŞ dolları (697 milyon manat) gəlir əldə edib.

Fonddan ABC.AZ-a daxil olan məlumata görə, bu, 2024-cü ilin ilk 9 ayının göstəricisi ilə müqayisədə 45,562 milyon ABŞ dolları və ya 12,5 % çoxdur.

2024-cü ilin üç rübü ərzində "Şahdəniz" yatağı üzrə işlənmədən əldə etdiyi gəlir 364,465 milyon ABŞ dolları təşkil edib.