“Azeri Light” nefti 1,3% bahalaşaraq 95 dolları ötüb

10:08 - 11.08.2026


11 avqust, Fineko/abc.az. Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,23 ABŞ dolları və ya 1,3% artaraq 95,16 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin əsas tarixi göstəriciləri çərçivəsində ən aşağı qiymət 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiymət isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.