14:44 - 9.10.2025
9 oktyabr, Fineko/abc.az. Azərbaycanda alt fintexlərin açıq bankçılığa inteqrasiyasına başlanılıb.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən fintex forumunda bildirib.
O qeyd edib ki, bu, açıq bankçılıq sahəsində son deyil, hələ təzə başlamışıq.
"Bir neçə fazamız da var. Alt fintexlərin inteqrasiyası ilə bağlı onlara dünən məktub göndərilib. Bundan başqa, "payment initiation" yəni ödənişlərin təqlidi üçün birinci bankları, sonra fintexləri ora daxil edəcəyik. Bununla da bitmir, çünki AMB meqarequlyator kimi həm sığorta, həm də investisiya şirkətlərini Açıq Maliyyəyə inteqrasiya etməyi planlaşdırır", - deyə F.Tofidi qeyd edib.
17 Avqust 2026
15 Avqust 2026