10:41 - 9.10.2025
9 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarət prizmasında əsas məqsədi lisenziyalaşdırılmış təşkilatların inkişafını təmin etməkdir.
ABC.AZ-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Baku Fintech Forum 2025-də bildirib.
O qeyd edib ki, təşkilatların daxili sistemləri onların qarşısında duran çağırışlara effektiv cavab verməlidir:
"Bu səbəbdən biz həm klassik tərzdə mexanizmlər həyata keçiririk, həm də "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nda öz əksini tapan risk əsaslı nəzarət üzərində çalışırıq. Bu, müasir intellekt modelinin köməyi ilə nəzarəti daha effektiv formada həyata keçirməyə imkan verir".
Müəllif: Elmir Murad