Zəngəzur Dəhliznin açılmasının əhəmiyyəti Qazaxıstanda müzakirə olunub

15:00 - 3.10.2025


3 oktyabr, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) Qazaxıstanın Almatı şəhərində Nəqliyyat Həftəsi çərçivəsində keçirilən VII Beynəlxalq Nəqliyyat‑Logistika Biznes Forumuna qatılıb.

ABC.AZ xəbər verir ki, tədbirin panel sessiyalarında iştirak edən ABADA rəhbəri Həbib Həsənov “Beynəlxalq Avtomobil Nəqliyyatı: Avtomobil Nəqliyyatı Xidmətləri üçün Yeni İmkanlar” mövzusunda fikirlərini bölüşüb.

ABADA rəhbəri Azərbaycanın daşıyıcılarının perspektivləri, Orta Dəhlizin imkanları, Zəngəzur Dəhliznin açılmasının əhəmiyyəti, beynəlxalq əməkdaşlıq, tranzit strategiyaları haqqında Forum iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, normativ-hüquqi islahatlar və gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşma, bir pəncərə prinsipi avtomobil daşımalarının sürətləndirilməsinə xidmət etmiş olacaq. H. Həsənov həmçinin beynəlxalq əməkdaşlıqda Assosiasiyaların rolu, bu istiqamətdə ABADA-nın perspektivləri mövzularına da toxunub. Azərbaycanı tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov təmsil edib.