Huawei, güc geriləməsinə baxmayaraq AI çip istehsalında Nvidia-nı keçmək istəyir

12:03 - 23.09.2025


23 sentyabr, Fineko/abc.az. “Huawei Technologies Co.” açıq şəkildə etiraf edir ki, onun prosessoru güc və məhsuldarlıq baxımından “Nvıdıa Corp.” ilə müqayisə oluna bilməz. Lakin bu, Çin şirkətinin süni intellekt çiplərinin istehsalında Nvıdıa-nı "ötmək" üçün üç illik kampaniya planlaşdırmasına mane olmur.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg yazır.

"Çin Milli çempionu “kobud güc”, şəbəkə və siyasi dəstək kimi ənənəvi üstünlüklərinə güvənir”, — deyə məlumatda qeyd edilir.

Onların köməyi ilə Huawei Nvıdıa-nın süni intellekt sahəsindəki üstünlüyünü azaltmaq niyyətindədir. Bu işdə ona əvvəllər təqdim olunan bir neçə nəsil süni intellekt məhsulları kömək edəcək.