16:23 - 22.09.2025
22 sentyabr, Fineko/abc.az. AYNA) əlində daşıyıcıları keyfiyyətə görə tənbeh eləmək üçün mexanizm yoxdur.
ABC.AZ xəbər verir ki, bunu AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda əsas çətinliklərdən biri sərnişindaşıma xidmətinin keyfiyyətinə görə daşıyıcıların məsuliyyətə cəlb olunması üçün mövcud hüquqi mexanizmlərin yetərli omamasıdır:
"Ancaq yeni yanaşma – "brutto müqavilə" modeli – məhz bu boşluğu dolduracaq. Bu mexanizm sayəsində daşıyıcıların fəaliyyətinə gündəlik nəzarət ediləcək, keyfiyyət standartlarına əməl olunmadıqda isə cərimə və ya müqavilənin ləğvi kimi təsirli tədbirlər görüləcək. Beləliklə, sərnişinlərin rahatlığı və təhlükəsizliyi birbaşa təmin olunacaq".