14:30 - 3.08.2026
3 avqust, Fineko/abc.az. “Azəristiliktəchizat” ASC 2026–2027-ci illərin payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində Bakının Yasamal rayonunda magistral istilik xətlərində təmir-bərpa işlərinə başlayıb.
Açıqlamaya əsasən, avqustun 3-dən etibarən Abbas Mirzə Şərifzadə küçəsində (118 nömrəli binadan 124 nömrəli binayadək) yerləşən, uzunluğu 65 metr və diametri 273 mm olan magistral istilik xəttində yenidənqurma işləri aparılır. Təmir prosesinin avqustun 15-dək yekunlaşdırılması nəzərdə tutulur.
Təmir-bərpa işləri ilə əlaqədar olaraq yolda hərəkət məhdudlaşdırılıb. Səhmdar cəmiyyəti yaranan müvəqqəti narahatlığa görə sakinlərdən üzr istəyir və sürücülərə sıxlığın qarşısını almaq üçün alternativ marşrutlardan istifadə etməyi tövsiyə edir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026