17:07 - 17.09.2025
17 sentyabr, Fineko/abc.az. Bu il yanvarın 1-nə Azərbaycanda vergi ödəyicilərinin dövlət büdcəsinə 3 milyard 120,4 milyon manat borcu yaranıb.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 12,2 % çoxdur.
Bundan başqa, hesabat tarixinə 2 milyard 225,6 milyon manat artıq ödəmə olub.
2024-cü ildə vergi yığımları üzrə ümumilikdə 431,4 milyon manat vəsait qaytarılıb.
2024-cü ilin sonuna vergi borclarının ümumi daxilolmalarda xüsusi çəkisi 19,7% olub. Beynəlxalq Valyuta Fondunun Vergi İnzibatçılığı Diaqnostik Qiymətləndirmə Alətinə (TADAT) əsasən, büdcə ilində ümumi vergi borclarının həmin ilin sonuna olan ümumi vergi gəlirlərinə nisbəti 20 %-dən artıq olmadığı halda, müvafiq sahə üzrə inzibatçılıq lazımi səviyyədə qiymətləndirilir.
Bundan başqa, artıq ödəmələrin ümumi daxilolmalarda xüsusi çəkisi 14,1 % təşkil edib.
Artıq ödəmə məbləği əsasən ölkə daxilində əldə edilmiş mallara görə əldə edilmiş elektron qaima-fakturalar əsasında ƏDV üzrə əvəzləşmə və idxalda ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranan müsbət saldodur.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026