16:22 - 18.09.2026
18 sentyabr, Fineko/abc.az. Azərbaycanda hüquqi şəxslər üçün standart mənfəət vergisi dərəcəsi 20% təşkil edir və vergi ümumi dövriyyədən deyil, xərclər çıxıldıqdan sonra qalan mənfəətdən hesablanır.
Mikro sahibkarlar üçün isə müəyyən şərtlər daxilində mənfəətin 75%-i vergidən azad olunur.
Şirkətlər il ərzində rüblük cari ödənişlər edir və yekun bəyannaməni növbəti ilin 31 mart tarixinədək təqdim edirlər.
Sektorlar üzrə göstəricilərə gəlincə, 2024-cü ildə müəssisələrin ümumi mənfəəti 52,1 milyard manat olub.
Həmin dövrdə ən yüksək mənfəət artımı peşə, elmi və texniki fəaliyyətdə (57%), səhiyyədə (49,8%) və İT/rabitə sahəsində (48,2%) qeydə alındığı halda, mədənçıxarma sənayesində 12,1% azalma baş verib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026